Accessibility links

Terrorizmdə əli olanlar məhkum edildi


London məhkəməsi üç müsəlmanı, Afrika mənşəli Muxtar Səid İbrahimi, Rəmzi Məhəmmədi və Yasin Öməri 2005-ci ilin iyul ayında metroda və avtobusda 52 nəfərin ölümü ilə nəticələnən partlayışları təşkil etməkdə günahlandıraraq, məhkum edib. Məhkəmə eləcə də, partlayışlarda əli olan digər üç nəfrin işinə baxmaqda davam edir.

Bu gün Avstraliyalı hakim polisin iki həftə bundan əvvəl Britaniyada baş verən hücum cəhdlərində əli olan hindistanlı həkim Məhəmməd Hanefi dindirməsi üçün əlavə 48 saat vaxt verib.

Bunlarla yanaşı, İnterpol təşkilatının başçısı Ronald Nobl bu gün Britaniya televiziyası ilə çıxışında Britaniyanın maşınlardakı terror cəhdləri ilə əlaqədar istintaq barədə heç bir məlumat vermədiyini deyib.

XS
SM
MD
LG