Accessibility links

İtaliyanın baş naziri Yaxın Şərqə səfər edir


İtaliyanın baş naziri Romano Prodi İsrail və Fələstin rəsmiləri ilə görüşmək üçün Yaxın Şərqə səfər edir. Danışıqlar zamanı Fələstin əraziləri və Yaxın Şərqdəki sülh prosesi ilə bərabər, Prodinın İranın nüvə proqramı məsələsinə də toxunacağı gözlənilir.

Bu gün cənab Prodi İsrailin baş naziri Ehud Olmert, xarici işlər naziri Tzipi Livni və İsrailin digər rəsmiləri ilə görüşmək üçün Qüdsə yola düşüb. Prodinin eləcə də, Yad Vaşem Holokost abidəsinə və Qəzzanın yaxınlığında, fələstinlilər tərəfindən raket atəşinə məruz qalan Şredot yaşayış məntəqəsinə gedəcəyi gözlənilir. Bundan sonra İtaliya baş nazirinin Fələstin rəsmiləri ilə görüşmək üçün İordan Çayının Qərb Sahilinə gedəcəyi planlaşdırılır.

XS
SM
MD
LG