Accessibility links

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun ABŞ səfəri davam edir


Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əizimovun başçılqı etdiyi nümayəndə heyəti ABŞ-Azərbaycan 10-cu illik təhlükəsizlik dialoqu çəçivəsində qarşılıqlı təhlükəslzik və digər sahələri əhatə edən məsələləri müzakirə edir. Dünən ABŞ dövlət katibinin yardımçısı vəzifəsini icra edən Stefen Mull, Dövlət katibinin yardımçısının müavini Metyu Brayza və Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əizimovun birgə iştirakı ilə Dövlət Departamentində təşkil edilən brifinq zamanı müzakirə edilən məsələlərdən danışıldı. Görüş iştirakçıları Avro-Atlantika, Xəzər regionunda təklükəsizlik, Cənubi Qafqaz konfliktləri, xüsuslə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, fövqəladə hallarda əməkdaşlıq, regional təhlükəsizlik çərçivəsində İran məsələsinin müzakirə edildiyi bildirildi. Azərbaycan-Amerika təhlükəsizlik tərəfdaşlığı xüsusi vurğulandı. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əizimov enerji təhlükəsizliyinin gündəlikdə yer alan məsələlərin ən önəmlisi olduğunu bildirdi. Azərbaycanın xarici işlər nazirinin müavini bildirdi ki, enerji təhlükəsizliyinin bir sıra aspektləri, o cümlədən siyasi və iqtisadi mühit, infrakstruktur təhlükəsizliyi kimi sahələrindən danışıldı. Araz Əzimov bildirdi ki, bütün bunlar əks-terror fəaliyyətləri, əməliyyat imkanlarının genişləndirilməsi və digər məsələlərin müzakirəsini tələb edir. Müxbirlərin də iştirak etdiyi bu görüş zamanı nümayəndələr onların sullarını cavablandırdı. Avropada raketlərdən müdafiə sisteminin yerlədşriilməsi və Rusiya prezidenti Vladimir Putinin Qəbələ radiolaokasiya sistemindən birgə istifadə təklifi ilə bağlı Azərbaycanın mövqeyinə dair suallar da səsləndi. Səfir Stefen Mul qeyd etdi ki, Vlaidimir Putin ABŞ-da olduğu vaxt Qəbələ radiolokasiya stansiyası ilə bağlı təklifin ekspertlər səviyyəsində müzakirə ediləcəyini demişdi. Stefen Mull bildirdi ki, Azərbaycan bu stansiyanın sahibi kimi təklifə böyük maraq göstərir.

Səfir Mull Qəbələnin Polşa və Çex respublikasında anti-raket sisteminə alternativ olmadığını vurğuladı. O dedi ki, prezident Putinin təklifi ilə bağlı Azərbaycan tərəfi ilə daha təfərrüatlı və produktiv dialoqa ehtiyac var.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə gəlincə isə jurnalistləri son inkişaflar və iki ölkə arasında nümayəndə heyətlərinin səfərləri maraqlandırırdı. Bu səfərlərin gələcək proseslərə təsiri barədə suallar səsləndi. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza sualı cavablandırarkən dedi ki, bəli, bu inkişaf kimi qiymətləndirilsə də böyük nailiyyət deyil. Lakin o bildirdi ki, görüşlər qarşılıqlı etimadın yaradılması üçün ciddi səy kimi qəbul edilməlidir. Dövlət katibinin yardımçısının müavini Metyu Brayza Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin səfərlərinin ümidlərə yol açdığını dedi. Metyu Brayza əlavə etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr elə bir səviyyəyə çatıb ki, indi iki ölkə prezidenti ciddi qərarlar verməlidir.

Sabah Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əizimovun Vidru Vilson beynəxlaq araşdırmalar mərkəzində görüşü gözlənilir.

XS
SM
MD
LG