Accessibility links

Qazprom Totalı özünə tərəfdaş seçib


Dünyanın ən böyük təbii qaz istehsalçısı olan Rusiyanın qazprom şirkəti Arktikadakı nəhəng Ştokman qaz yatağının istismarı üçün Fransanın Total şirkətini özünə tərəfdaş seçib.

Total 25 faizlik paya sahib olacaq. Digər xarici partnyorlar digər 24 faizi bölüşdürə bilər ki, bu nəzarət paketinin Qazpromun əlində qalması deməkdir. 2013-cü ildən qaz çıxarılmağa başlanacaq yataqdan ildə 24 milyard kubmetr qaz istehsal olunacağı gözlənilir.

XS
SM
MD
LG