Accessibility links

Qırmızı Məsciddə ölənlər dəfn edilir


Pakistan rəsmiləri məsciddə qətlə yetirilən yaraqlılardan artıq 75-nin dəfn edildiyini bildirirlər. Məsciddə ölənlər arasında ruhani Əbdül Rəşid Qazinin də bu gün vətənində, Pəncab vilayətindəki Bəsti Abdullada dəfn edildiyi və dəfn mərasimində minlərlə insanın iştirak etdiyi xəbər verilir.

Pakistan prezidenti Pərviz Müşərrəf İslamabaddakı Qırmızı Məsciddə 80-dən çox adamın ölümü ilə əlaqədar bu gün milli radio ilə çıxış edib.

Bunlarla yanaşı bildirilir ki, bu gün Pakistanın şimal-şərqində, qəbilələrin məskunlaşdığı regionda iki intiharçı hücumu baş verib. Bir polis işçisi də daxil edilməklə, 5 nəfərin ölümü ilə nəticələnən birinci hücum Himalaydakı turist şəhərində, 2 nəfərin ölümü ilə nəticələnən ikinci hücum isə Şimali Vəziristanda baş verib.

XS
SM
MD
LG