Accessibility links

Livanda hücumlar ara vermir


Livanın şimal bölgəsindəki Fələstin qaçqın düşərgəsi yaxınlığında Livan ordusunun mövqeləri islamçı yaraqlıların raket hücumuna məruz qalıb. Hücum dağıntıya və bir əsgərin ölümünə səbəb olub. Bu, Livanın arteleriyası və tanklarının yaraqlıların Nəhr Əl-Bared düşərgəsinə hücumuna cavab olub. Xatırladaq ki, dünən yaraqlılarla döyüş zamanı 6 Livan əsgəri həlak olmuşdu. Livan hökumətinin keçən ay qələbə əldə etdiyini deməsinə baxmayaraq, hücumlar hər gün davam edir. May ayının 20-dən etibarən yanmış qarşıdurma 90-ı əsgər olmaqla, 170 adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG