Accessibility links

Nümayəndələr Palatası İraqla bağlı qətnaməni təsdiq etdi


ABŞ Nümayəndələr Palatası Amerika qüvvələrinin gələn ilin aprel ayınadək İraqdan çıxaırlmasına çağıran qətnaməni təsdiq edib. Demokratların nəzarət etdiyi palatada qətnamə 223 leyhinə, 201 əleyhinə səslə qəbul edilib. Sənəddə prezident Buşun məhdud sayda İraq qüvvələrinə təlimlər verilməsi və diplomatların müdafiəsi məqsədi ilə İraqda saxlanılacaq qüvvələr barədə konqresə hesabat verməsi tələb edilir. Buş administrasiyasının İraqda məhdud nailiyyətlər barədə hesabatına baxmayaraq, ABŞ prezidenti Corc Buş İraq müharibəsindən qalib çıxılacağına inandığını deyir. Milli Əks-terror Mərkəzinin bildirdiyinə görə, Pakistan hökuməti ilə şimal-qərb bölgələrinin qəbilə başçıları arasında sülh sazişi əldə edilməsi Əl-Qaidəyə Pakistanda münasib şərait yaradıb. Hesabatda bildirilir ki, saziş Pakistan hökumətinin həmin bölgələrdən effektiv şəkildə çıxaırlmasına, terrorçuların fəaliyyətinin vüsət almasına yol açıb. Hesabatda deyilir ki, İraqla bağlı 18 nailiyyət kriteriyasından yalnız 8-də inkişaf müşahidə edilib. Digər 8 sahədə uğrusuzluq, ikisində isə qarışıq nəticələr qeydə alınıb. Hesabatda siyasi məsələrdə cüzi nailiyyət müşahidə edildiyi bildirilir. Dünən Ağ Evdə təşkil edilən mətbuat konfransında prezident Buş deyib ki, İraqda təhlükəsizlik sahəsindəki nailiyyətlər siyasi müstəvidə uğurlara yol açacaq. Corc Buş Əl-Qaidənin bu gün 2001-ci il sentyabrın 11-i terror aksiyalarından əvvəllə müqayisədə daha güclü olduğuna dair fikirləri rədd edib. ABŞ-ın Daxili Təhlükəsizlik naziri Maykl Çertoffun bu yaxınlarda ABŞ-ın terror təhlükəsi altında olduğunu deməsinə prezident belə cavab verib. “Biz təhlükəyə dair etibarlı dəlil əldə etsək, bunu vətənimizin müdafiəsi naminə xalqla bölüşəcəyik. Mən Əl-Qaidənin ölkəmizə təhlükə olduğunu bilirəm. Bunun üçün güclü kəşfiyyat, cavab mexanizminə malik olmalıyıq. Bunun üçün onların bizə müqavimət göstərdiyi müharibədə təhlükə hədələrinə əhəmiyyət verməyərək, onları təşviq etmədiyimizdən əmin olmalıyıq”-deyə prezident bildirib. İraq hökumətinin Amerikanın arzuladığı uğurlara nail ola bilmədiyini ABŞ dövlət katibi Kondoliza Rays da etiraf edib. Xanım Rays Konqresi prezident Buşa əlavə vaxt verməyə çağırıb. Dövlət katibi İraqdakı vəziyyəti mürəkkəb adlandırsa da, nailiyyət uğrunda işin davam etdirildiyini bildirib. Qeyd edək ki, ABŞ dövlət katibi Kondoliza Rays və Müdafiə naziri Robert Geytsin avqust ayında Yaxın Şərqə səfər edərək İraqla bağlı məsləhətləşmələr aparacağı gözlənilir.

XS
SM
MD
LG