Accessibility links

Əfqanıstan prezidenti azyaşlı intiharçını əvf etdi


Əfqanıstan prezidenti Həmid Karzai vilayət qubernatorunu öldürməyə göndərilmiş 14 yaşlı Pakistanlı oğlanı əvf edib. Oğlan və onun atası ilə Kabildə mərasimdə bir yerdə çıxış edən Karzai deyib ki, o, oğlanın günahlarını bağışlayır və buna görə ona bu işi tapşıranları qınayır. Karzai deyib ki, İslamın düşmənləri oğlanı yoldan çıxarıblar. Rafiqulla adlı oğlan ötən ay şərqi Əfqanıstanda motosikletdə bədəninə bomba kəməri sarılmış halda gedərkən yaxalanmışdı. Oğlan mədrəsədə oxuyarkən müəllimləri tərəfindən bu işə cəlb edildiyini deyir.
XS
SM
MD
LG