Accessibility links

Livan əsgərləri Fələstin qaçqın düşərgəsində yaraqlılarla mübarizədə üstünlüyə nail olublar


Livan əsgərləri iki aydır islamçı yaraqlılarla mübarizə apardıqları Fələstin qaçqın düşərgəsində iki binanı ələ keçiriblər. Livan hərbi qüvvələrinin bildirdiyinə görə, Tripoli şəhəri yaxınlığındakı Nəhr əl-Bared düşərgəsində döyüş zamanı iki əsgər qətlə yetirilib. Yaraqlılar qaçqın düşərgəsinin kənarında raketlər atdığı zaman Livan hərbi qüvvələri ikinci gündür onların mövqelərini artilleriya atəşinə tutur. May ayının 20-dən başlamış qarşıdurma nəticəsində 97 Livan əsgəri daxil olmaqla, 170-dən çox adam həlak olub.
XS
SM
MD
LG