Accessibility links

ABŞ-ın nüvə danışıqlarında nümayəndəsi Şimali Koreyanın addımını ehtiyatla alqışlayıb


Şimali Koreyanın nüvə proqramı üzrə danışıqlarda ABŞ-ın əsas nümayəndəsi Kristofer Hil Pxenyann nüvə reaktorunu bağlamasını alqışlayıb lakin xəbərdarlıq edib ki, ölkənin nüvə silahı proqramına son qoyulması istiqamətində hələ görüləsi işlər çoxdur. Dövlət katibinin yardımçısı Kristofer Hil Şimali Koreyanın Yonqbuyon reaktorunu bağlamasını digər mütləq addımların atılması üçün “ilk addım” adlandırıb. O, Beynəlxal Atom enerjisi agentliyinin müfəttişləri tərəfindən məlumatlandırılacağını gözlədiyini bəyan edib. Beynəlxal Atom enerjisinə nəzarət agentliyi Yonqbuyon obyektinin bağlanmasının başa çatması prosesinə nəzarət etmək üçün bir neçə həftə Şimali Koreyada olmağı planlaşdırır. Müfəttişlər reaktorun yenidən işə salınmayacağına əmin olmaq üçün obyektdə monitorinq qurğusu yerləşdirmək niyyətindədirlər.
XS
SM
MD
LG