Accessibility links

İraq məclisinin şiə bloku parlamentə qayıdıb


Radikal Şiə lideri Moqtəda əl Sədrə sadiq blok parlamentin boykotuna son qoyub.

Bu gün qrup bildirib ki, parlament müsəlman məbədlərini daha yaxşı qorumaq tələblərini qəbul etdikdən sonra 30 deputat məclisə qayıtmağa razı olub. Blok üzvləri ötən ay Samirədə şiə məscidinin partladılmasına etiraz olaraq boykot etmişdilər.

Bugünkü hərbi əməliyyatlar zamanı ABŞ hərbçiləri Əl Ənbar vilayətinin ucqar bölgələrində yaraqlılara qarşı geniş hücumun başladığını bildiriblər. Matini əməliyyatında 9 min ABŞ və İraq qoşunu iştirak edir. Əməliyyatın məqsədi yaraqlıların şəhərlərə keçidinin qarşısını almaqdır.

Hərbçilər bildirir ki, bu gün intiharçının Bağdadda ordu patrulu yaxınlığında maşını partlatması nəticəsində üçü iraq əsgəri olmaqla azı 10 nəfər həlak olub.

XS
SM
MD
LG