Accessibility links

ABŞ konqresində 24 saatlıq debatlar


ABŞ Senatında demokratlar Amerika əsgərlərinin aprel ayına qədər İraqdan çıxarılmasına dair qətnamə layihəsinə səs vermək üçün respublikaçılara təzyiq göstərmək məqsədilə sutka boyu debatlar keçirilməsini planlaşdırır. Qətnaməyə görə, ABŞ hərbi qüvvələrinin bir hissəsi İraq qüvvələrinə təlim vermək və terrorizmə qarşı mübazirə aparmaq məqsədilə İraqda saxlanılacaq.

Konqresin Nümayəndələr Palatası eyni qətnaməyə keçən həftə səs vermişdi. Lakin Senatdakı respublikaçılar qətnamənin Senatda səsə qoyulmasının qarşısını alacaqlarına söz veriblər. Respublikaçılar deyir ki, hərbi qüvvələrin İraqdan çıxarılması terrorçulara təslim olmaq kimi qiymətləndirilə billər. Onlar prezident Buşu bu ilin sonuna qədər İraqda ABŞ hərbi qüvvələrinin sayının azaldılması ilə bağlı planlarını Konqresə göndərməyə dair tədbiri dəstəkləyilər.

Buş administrasiyası demokratların nəzarəti altında olan Konqresi hərbi qüvvələrin çıxarılmasına dair təklifləri sentaybr ayının sonuna qədər saxlamağa çağırır. Məhz həmin vaxt Pentaqon Bağdadın təhlükəsizliyinin təmin edilməsi səylərinin vəziyyətilə bağlı hesabatını açıqlamalıdır.

XS
SM
MD
LG