Accessibility links

HIV virusuna yoluxmuş uşaqların qohumları maliyyə yardımı almağa başlayıblar


Liviyada HIV virusuna yoluxmuş uşaqların qohumları onların yoluxmasına səbəb olduqlarına görə haqlarında ölüm hökmü çıxarılmış altı həkimin azad olunmasına yol açan sövdələşmə çərçivəsində maliyyə yardımını almağa başlayıblar. Ailələrin sözçüsü İdris Lağa deyib ki, bütün ailələrə kompensasiya ödəndikdən sonra Liviyanın Ali Ədliyyə Şurası tibb işçilərinin ölüm hökmünün təxirə salınması, yaxud ləğv edilməsi barədə qərar qəbul edəcək.

Liviya rəsmiləri bildiriblər ki, uşaqların ailələri kompensasiya aldıqdan sonra məhkəmə orqanı həkimləri azad edə bilər. Beş Bolqar tibb bacısı və fələstinli həkim yüzlərlə Liviyalı uşağı HİV-li qanla yoluxdurmaq ittihamı ilə 8 il bundan əvvəl həbs olunublar. Tibb işçiləri deyirlər ki, onlar uşaqları yoluxdurduqlarını etiraf etmək üçün işgəncəyə məruz qalıblar. Beynəlxalq ekspertlər bildirirlər ki, yoluxmaya antisanitariya şəraiti səbəb ola bilərdi.

XS
SM
MD
LG