Accessibility links

Ərdoğan partiyasının səsvermədən qalib çıxmayacağı təqdirdə siyasəti tərk edəcəyini deyir


Türkiyənin baş naziri deyib ki, əgər onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası bazar günü seçkilərində təkbaşına hökumət qurmaq üçün çoxluq əldə etməsə, o, siyasəti tərk edəcək. Rəcəb Təyyib Ərdoğan bu bəyanatı bu gün ölkənin cənubunda seçki kampaniyasındakı çıxışı zamanı dilə gətirib. Rəy sorğuları göstərir ki, onun partiyası səsvermədən qalib çıxacaq.

Bu arada Türkiyə parlamentinə namizəd, 42 yaşlı biznesmen Tuncay Seyranlıoğlu dünən axşam öz maşınında naməlum şəxs tərəfindən qətlə yetitilib. Digər üç nəfərin isə yaralandığı bildidilir. Hələlik qətlin səbəbi məlum deyil.

XS
SM
MD
LG