Accessibility links

ABŞ iqtisadiyyatında artım gözlənilir


Birləşmiş Ştatların Mərkəzi bankının rəsmisi bildirib ki, ölkənin iqtisadiyyatı bu il tədricən, gələn il isə daha sürətlə inkişaf edəcək.

Federal Ehtiyat bankının sədri Ben Bernanke bu gün Konqress komitəsinin iclasında inflyasiya səviyyəsinin azalacağını deyib. Bernanke deyib ki, iqtisadiyat bir sıra risqlərlə üzləşir, lakin federal bank inflyasiyanın qarşısını almaq üçün tədbirlər görür.

O deyib ki, ABŞ daşınmaz əmlak bazarında tənəzzül iqtisadi artıma daha uzunmüddətli təsir göstərə bilər. O, ipoteka kreditlərinə daha ciddi nəzarət olunacağını bildirib.

Bank sədrinin çıxışından bir gün əvvəl açıqlanan hesabatda ABŞ-da istehlakçı zənbilinin iyun ayında 0.2 faiz qalxdığı, benzinin qiymətinin isə cüzi şəkildə düşdüyünü bildirilib.

XS
SM
MD
LG