Accessibility links

Nyu-York partlayışı terror aktı deyil


Nyu-York meri Maykl Blumberq bildirib ki, dünən axşam Mərkəzi dəmir yolu stansiyası yaxınlığında 83 il əvvəl çəkilən yeraltı borunun parytlayışına terrorizm deyil, şəhərin infrastruktur problemi yol açıb. Partlayış baş verən yer yaxınlığında keçirdiyi mətbuat konfransında mer Blumberq bildirib ki, buxar borusuna soyuq suyun sızması partlayışa səbəb olub. Polis hadisə nəticəsində bir nəfərin ürək tutuması səbəbi ilə vəfat etdiyi, bəziləri ağır olmaqla 30-dan artıq insanın xəsarət aldığını bildirir. İnsanların işdən çıxıdığı vaxt baş verən partlayış güclü tüstü buludu yaratmışdı. “Dondurulmuş zona” adlandırılan hadisə yeri yaxınlığında yollar və metro stansiyaları bağlanıb.
XS
SM
MD
LG