Accessibility links

İran televiziyası casusluqda ittiham edilən amerikalıları nümayiş etdirib


İran televiziyasının yayımladığı proqrama nəzarət altında olan Amerika iranlılarının qohumları qəzəbli reakisya göstərib. Hale İsfəndiyarinin həyat yoldaşı Şaul Baxaş bunu təhqir kimi qiymətləndirib. Proqramı izlədikdən sonra Şaul Baxaş xanımının çox çəki itirdiyini, rənginin solğunluğundan onun daimi stress altında olduğunu başa düşdüyünü deyib. O, xanımının çıxışının axımlı və əlaqəli olmadını bildirib. İranda nəzarət altına alınan iki Amerika iranlısı çərşənbə günü İranın Milli Televiziyası ilə nümayiş etdirilmişdi. Proqram onların ABŞ-ın köməyi ilə İranda rejimin dəyişdirilməsinə həsr olunmuşdu. 50 dəqiqə sürən verilişdə Hale İsfəndiyari və Kian Tacbəxşin çıxışlarının montaj edildiyi məlum idi. Müttəhimlərin dediklərindən onların cinayət törətdiklərini etiraf etdikləri başa düşülürdü. Xanım Esafəndiyarı Vaşinqtonda yerləşən Vidru Vilson Beynəlxalq Araşdırmalar mərkəzinin Yaxın Şərq üzrə eksperti, Taxbəxş isə Nyu-Yorkda yerləşən Acıq Çəmiyyət institutunun məsləhəçisidir. Onların hər ikisi də casusluqda ittiham edilir.

XS
SM
MD
LG