Accessibility links

Rusiya 4 Britaniya diplomatını ölkədən çıxarır


Rusiya bildirib ki, 4 Britaniya diplomatını ölkədən çıxarır və terrorizmə qarşı ikitərəfli əməkdaşlığı dayandırır. Rusiyanın Xarici işlər nazirliyinin sözçüsü Mixail Kaminin bunu sabiq rus casusunun Londonda qətlilə bağlı diplomatik qarşıdurmanın kəskinləşdiyi bir zaman bu gün bəyan edib. Kaminin deyib ki, adları açıqlanmayan dipolomatlar Rusiyanı 10 gün ərzində tərk etməlidir. O həmçinin Moksvanın Britaniya rəsmilərinə viza verilməsi dayandıracağını bildirib. Londonda Britaniyanın xarici işlər naziri Deyvid Miliband deyib ki, diplomatların ölkədən çıxarılması qərarı tamamilə əsassızdır. Rusiya bu qərarı Britaniyanın Moksva Aleksandr Litvinenekonun qətlilə bağlı əsas şübhəlini təhvil verilmədiyinə görə Rusiya diplomalatını ölkədən çıxaracağını elan etməsindən üç gün sonra verir.
XS
SM
MD
LG