Accessibility links

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ seçkilərini tanımır


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunun tanınmayan prezident seçkilərində milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Bako Saakyanın qələbəsi elan edilib.

Dağlıq Qarabağ separatçı rejiminin seçki komissiyasının məlumatlarına görə, Saakyan seçicilərin 85%-nin, digər namizəd Masis Mailyan 12%-nin səsini qazanıb, qalan namizədlər xeyli geri qalıblar.

Azərbaycan seçkiləri qeyri-qanuni adlandırır.

ABŞ Dövlət Departamentinin sözçüsü Çeys Bimer Amerikanın Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin tər iki tərəfin də qəbul edəcəyi şərtlərlə nizamlanmasını dəstəklədiyini bildirib.

Çeys Bimer qondarma Dağlıq Qarabağ Respublikasının ABŞ və digər müstəqil dövlətlər tərəfindən tanınmadığını deyib. O deyib ki, məhz buna görə ABŞ Dağlıq Qarabağ separtaistlərinin qondarma prezident seçkilərini də tanımır.

Çeys Bimer Amerikanın Ermənistan və Azərbaycan prezidentlərinin tezliklə münaqişənin nizamlanması və sülhün bərqərar edilməsinin əsas prinsiplərində razılığa gələcəklərinə ümid etdiyini bildirib. Bu isə öz növbəsində Amerika Birləşmiş Ştatları və Minsk qrupunun həm-sədrlərinin dəstəklədiyi daha əhatəli razılıqlara yol aça bilər-deyə ABŞ Dövlət Departamentinin sözçüsü Çeys Bimer bildirib.

XS
SM
MD
LG