Accessibility links

Pakistan prezidenti fövqəladə iclas çağırıb


Bu gün Pakistan prezidenti Pərviz Müşərrəf kəskin şəkildə artan hücumlarla bağlı fövqəladə iclas keçirib. Görüşdə baş nazir Şövkət Əziz də daxil edilməklə, ölkənin yüksək səlahiyyətli rəsmiləri iştirak edib. Bununla yanaşı Pakistanda hücumlar davam edib. Bu gün kamikadze hücumu nəticəsində 4 adam həlak olub. Son həftə zorakılıq dalğasına səhnə olan Pakistanda bugünkü hücum Şimal Vəziristan vilayətindəki yarı-hərbi yoxlanış məntəqəsində həyata keçirilib. Ölənlərdən üçünün mülki vətəndaşlar olduğu bildirilir. Hücum nəticəsində 6 adam yaralanıb. Xatırladaq ki, dünən 3 intihar hücumu 52 adamın ölümünə, çox sayda insanın yaralanmasına səbəb olmuşdu.

XS
SM
MD
LG