Accessibility links

Şimali Koreya yüngül su reaktorları istəyir


Şimali Koreyanın nüvə danışıqları üzrə ali rəsmisi deyir ki, Yonqbyondakı nüvə obyektlərini bağlamağın əvəzində kifayət qədər enerji istehsal edə bilmək üçün Pxenyana yüngül su reaktorları verilməlidir. Kim Kye Kvan bu gün 6 tərəfli danışıqların sonunda Pekin aeroportunda müxbirlərlə danışıb. 3 gün davam edən danışıqlar ərzində Pxenyanın nüvə obyektlərini bağlamaq haqda razılıq əldə edilməyib. Çin nümayəndəsi Şimali Koreyanın öz üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını bir daha vurğuladı. Danışıqlarda iştirak edən altı dövlət Sentyabrda müzakirələri bərpa edəcək.
XS
SM
MD
LG