Accessibility links

Prezident Buş Pakistanı Əl Qaidaya qarşı aktiv mübarizə aparmağa çağırır


Prezident Buş özünün həftəlik radio müraciətində Pakistanın İslamçı militantlara qarşı səylərinə diqqət yönəldib.

Pakistanla Əfqanıstan sərhədinə Əl Qaidanın istehkamlanması haqda bu həftə açıqlanmış hesabata istinad edən Buş prezident Pərviz Müşərrəfin ərazini qəbilə liderlərinə həvalə etməsinin uğursuzluğundan bəhs edib. Eyni zamanda prezident Buş bu yaxınlarda Qırmızı Məsciddə yuva salmış ekstremistlərə qarşı reydi alqışlayıb. Demokratların cavab müraciətində Miçiqan senatoru Karl Levin ABŞ qoşunlarının İraqdan çıxarılmasına səsləyib. Senat Silahlı Qüvvələr Komitəsiunin sədri deyib ki, İraqdakı zorakılıqlara hərbi həll yolu mövcud deyil. Onun sözlərinə görə bu problemi İraq liderləri siyasi dialoq vasitəsilə yoluna qoymalıdırlar.
XS
SM
MD
LG