Accessibility links

Belqrad BMT Təhlükəsizlik Şurasının qərarını alqışlayır


Serbiya Kosovonun statusu ilə bağlı qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasının gündəliyindən çıxarılmasını Belqrad və Moskvanın qələbəsi kimi qiymətləndirib.

Serbiyanın baş naziri Voislav Koştunitsa cümə günü qəbul edilən qərarı Serbiya ərazisinin böyük hissəsini qoparmaq cəhdləri üzərində qanunun qələbəsi kimi qiymətləndirib. O deyib ki, Belqrad əyalətlə bağlı danışıqları davam etdirməyə hazırdır.

Lakin Moskvanın dəstəklədiyi Belqrad danışıqların BMT Təhlükəsizlik Şurasının rəhbərliyi altında həyata keçirilməsində israr edir. Onlar israr edir ki, bu qurum əyalətin statusu ilə bağlı hər hansı bir fəaliyyətə mandatı olan yeganə qurumdur.

Cümə günü qərb diplomatları 6 ölkənin - ABŞ, Rusiya, Britaniya, Aılmaniya, Fransa və İtaliyanın gələcəkdə Kosovo danışıqlarına nəzarət edəcəklərini deyib.

Lakin onlardan heç birinin veto hüququ olmayacaq. Kosovo etnik albanlarının rəhbərliyi isə BMT Təhlükəsizlik Şurasının qərarının əyalətin müstəqillik uğrunda mübarizəsini dayandırmaycağını deyib.

XS
SM
MD
LG