Accessibility links

Tariq Əziz həbsxanadan xəstəxanaya aparılıb


İraqın keçmiş baş nazirinin müavini Tariq Əzizi təmsil edən vəkil onun ABŞ təcridxanasında huşunu itirdikdən sonra xəstəxanaya aparıldığını bildirib. Vəkil cənab Əzizin həbsxanadan Bələddəki xəstəxananın reanimasiya şöbəsinə bir neçə gün əvvəl aparıldığını bildirib. İraqdakı ABŞ rəsmiləri xəbəri təsdiqləməyiblər.

Vəkilin sözlərinə görə, İraq rəsmiləri Əzizin tezliklə sorğu-suala tutmaq məqsədilə həbsxanaya qaytarılması üçün ABŞ-a təzyiq edir. Cənab Əziz Səddam Hüseynin hakimiyyəti dövründə baş nazirin müavini vəzifəsini tutub. O, qətldə şübhəli biliinir, amma cənab Əzizə yaxın mənbələr ona qarşı rəsmi ittihamın irəli sürülmədiyini bildirirlər.

XS
SM
MD
LG