Accessibility links

ABŞ Əl-Qaidəyə qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır


Ağ evin Daxili Təhlükəsizlik məsələləri üzrə müşaviri Frensis Tousend deyib ki, Birləşmiş Ştatlar terrorçuların Pakistan ərazisində sığındığı yerlərdə hərbi hücumları istisna etmir. Onun sözlərinə görə, Buş administrasiyanın anti-terror səylərində prioritet Əl-Qaidənin sığınacaq tapdığı yerlərin məh edilməsidir. Bu gün televiziya müsahibəsi zamanı Frensis Tousend deyib ki, ABŞ terroçuların qəbilələrin yaşadığı yerlədə sığınacaq tapmasının qarşısını almaq üçün Pakistan hökumətilə birgə iş aparır. Dünən Amerika xalqına radio müraciətində prezident Buş deyob ki, ABŞ kəşfiyyat orqanlarının yeni hesabatında Əl-Qaidənin Pakistanda yenidən baş qaldırması ilə prezident Pərviz Müşərrəfin keçən il qəbilə başçıları ilə əldə etdiyi razılıq arasında əlaqə olduğu göstərilir. Cənub Buşun sözlərinə görə, general Müşərrəf qəbilə başçıları ilə razılığın səhv olduğunu başa düşur və səhvi düzəltməyə səy göstərir.
XS
SM
MD
LG