Accessibility links

Ədalət və İnkişaf partiyası seçkilərdə qələbə çaldı


Dünən Türkiyədə keçirilən seçkilərdə Türkiyənin hakimiyyətdə olan islam meylli Ədalət və İnkişaf partiyası 550 yerlik parlamentdə 340 səs əldə edərək qələbə çalıb. Ədalət və İnkişaf partiyası səslərin 47 faizini alıb. Səsvermədə seçicilərin 80 faizinin iştirak etdiyi bildirilir.

Rəcəp Tayyib Ərdoğan tərəfdarlarına deyib ki, onun rəhbərlik etdiyi Ədalət və İnkişaf partiyası Avropa Birliyinə üzv olmaq üçün ölkədə islahatları, terrorizmlə mübarizəni və milli birlik uğrunda işi davam etdirəcək.

Əsas müxalif partiya olan Xalq Cumhuriyyət partiyasının 112, Milli Hərəkat partiyasınınsa təxminən 70 yeri əldə edə etdiyi təxmin edilir. Əsasən kürd partiyasını dəstəkləyənlərdən ibarət müstəqil namizədlərin isə qalan 27 yeri qazandığı gözlənilir.

XS
SM
MD
LG