Accessibility links

Şiələrin Karradah məhəlləsində üç partlayış baş verib


İraq rəsmilərinin bildirdiyinə görə, bu gün Bağdadın şiələrin yaşadığı Karradah məhəlləsində üç ayrı-ayrı maşına yerləşdirilmiş bomba partlayışları üç pilis işçisi də daxil edilməklə, azı 17 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub. Dördüncü partlayış isə bir az sonra Bağdadın mərkəzində baş verib.

Bu hücumlar Birləşmiş Ştatlaarla İran arasında İraqın təhlükəsizliyi ilə bağlı sabah keçiriləcək danışıqlar ərəfəsində baş verir. Qeyd edək ki, Vaşınqton İranı İraqdakı şiə yaraqlıları silahla təmin etməkdə günahlandırır. İran isə bu iddihamları rədd edir.

XS
SM
MD
LG