Accessibility links

Sesilya Sarkozi Liviyada keçirilən danışıqlarda iştirak edir


Fransanın birinci xanımı Sesilya Sarkozi Avropa Birliyinin yüksək rütbəli nümayəndələri ilə birlikdə Liviyanın paytaxtı Tripolidə beş bolgarıstanlı tibb bacısının və fələstinli həkimin azad olması barədə danışıqlar aparır. Xatırladaq ki, 6 nəfər tibb işçisi bilərəkdən AİDS xəstəliyni yaymaq ittihamı ilə ömürlük həbs cızasğna məhküm olunub. Tibb işçiləri isə bu ittihamı rədd edirlər.

Qeyd edək ki, tibb işçiləri 1999-cu ildə məhküm olunmuşlar. Məhkəmənin ilkin qəraraı ölüm hökmü idi. Lakin Liviyanın Ali Məhkəməsi bu qərarı ömürlük həbs cəzası ilə əvəz etdi.

XS
SM
MD
LG