Accessibility links

Toni Bleyr Yaxın Şərqə səfər edib


Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyr Yaxın Şərqlə bağlı imkanların mövcud olğdunu bildirib. Bu gün İsrail prezidenti Şimon Pereslə danışıqlardan sonra Qüdsdə mətbuat konfransı keçirən region üzrə yeni nümayəndə səfərinin ona dinləmək və öyrənmək imkanı verdiyini deyib. Şimon Peres bildirib ki, bu mürəkkəb vəziyyətdən çıxış yolunun tapılmasında Toni Bleyrdən yaxşı nümayəndə ola bilməz. Toni Bleyr İordan çayının qərb sahilində Fələstin prezidenti Mahmud Abbas və baş nazir Salam Fəyyadla görüş keçirib, İsrailin baş naziri Ehud Olmertlə danışıqlar aparıb.

XS
SM
MD
LG