Accessibility links

Qazaxıstan müxalifəti seçki pozuntularından şikayət edir


Qazaxıstanın əsas müxalifət partiyası bildirir ki, televiziya kanalları onların reklamlarını yaymaqdan imtina etməklə seçki qanunlarını pozublar.

Sosial Demokrat Partiyasının sözçüsü Bulat Əbilov deyib ki, telekanallar reklamları yaymaqdan imtina edərkən orada görünən insanların öz şəkillərinin televiziyada görüntülənməsinə icazə vermədiklərini dəlil gətirib.

Əbilovun sözlərinə görə, reklam rolikində görünən insanların üzü tanınmaz olduğu üçün bu icazəyə ehtiyac yox idi.

Qazaxıstanda parlament seçkiləri aşağı palatanın iyun ayında buraxılmasından sonra avqustun 18-ə təyin edilib.

XS
SM
MD
LG