Accessibility links

Tehran ABŞ-İran danışıqlarının səviyyəsini qaldırmağa çağırır


İranın dövlət mediası olan İRNA xəbər agentliyi deyir ki, Tehran Birləşmiş Ştatlarla İraqda təhlükəsizliyi yüksək səviyyədə müzakirə etməyə hazırdır. Hesabat İran xarici işlər naziri Mənuçehr Mottəkiyə istinad edərək bildirib ki, İran və ABŞ arasında xarici işlər nazirləri müavinləri səviyyəsində danışıqlar baş tuta bilər. Mottəki bu sözləri ABŞ və İranın İraqdakı səfirləri həmin ölkədə təhlükəsizliik təmin etmək məqsədilə aparılan danışıqların 2-ci raundunda iştirakından sonra söyləmişdir. ABŞ səfiri Rayan Kroker deyib ki, danışıqlar qaynar atmosferdə keçib. O, İranlı həmkarı Həsən Kazemi Qomiyə deyib ki, birinci danışıqlardan bəri İranın şiə militantlarına dəstəyi əksinə, daha da artıb. İran isə bu ittihamları rədd edir. İraq baş naziri Nuri əl Maliki dünənki görüşü açarkən Amerika və İranı ölkəsindəki vəziyyəti sabitlədşirməyə yardım etməyə səsləyib.
XS
SM
MD
LG