Accessibility links

Abdullah Gül prezidentliyə iddiaları barədə danışır


Türkiyənin xarici işlər naziri partiyasının bazar günü parlament seçkilərində qələbəsindən sonra prezidentlik uğrunda daha bir yarışa qatılacağına işarə edib.

Bu gün Ankarada Abdullah Gul deyib ki, o, özünün ifadə etdiyi kimi, namizədliyinə olan ictimai dəstəyi nəzərə almaya bilməz.

Lakin ana müxalifətdə olan Cümhuriyət Xalq Partiyasından Mustafa Özyürək deyib ki, onun təşkilatı cənab Gülün namizədliyinin əleyhinədir. Bu ilin əvvəlində müxalifətin boykotu hakim partiyanın namizədi Abdullah Gülün prezident postuna təsdiqi üçün parlamentdə millət vəkillərinin üçdə ikisinin iştirakını təmin etməyə mane olmuşdu.

Yüz minlərlə türk aprelin sonunda Gülün namizədliyinə etiraz etmişdi.

Bazar günü keçirilən seçkilərdə səslərin təqribən 47 faizini qazanan hakim partiya hələ də parlamentdə yerlərin üçdə ikisinə malik olmadığı üçün onun müxalifətin dəstəyinə ehtiyacı var.

XS
SM
MD
LG