Accessibility links

İranda amerikalı iranlılıarın işi ilə bağlı yeni həbslər edilib


İran rəsmiləri Tehran hökumətinə qarşı fəaliyyətlərdə ittiham olunmuş iki amerikalı iranlının işi ilə bağlı açıqlanmayan sayda adamın həbs edildiyni bildiriblər. İranın Kəşfiyyat naziri Qulam Hüseyn Möhseni Ecehey həbslər haqda məlumat verərək, saxlanılanların yaxın günlərdə azad ediləcəyini bildirib. Keçən həftə İran televiziyası iddia etdiyi kimi, amerikalı iranlılar Halə İsfəndiyari və Kiyan Tacbəxşin etiraflarını yayımlamışdır. Birləşmiş Ştatlar onların casusluq fəaliyyətlərində əli olduğunu rədd edərək, həbs olunanlarla düzgün rəftar edilmədiyindən hiddətini ifadə etmişdi.
XS
SM
MD
LG