Accessibility links

İraq beynəlxalq ictimaiyyəti qaçqınlara yardım etməyə çağırır


İraq beynəlxalq ictimaiyyəti ölkədən qaçan yüz minlərlə iraqlıya sığınacaq vermiş ölkələrə yardım göstərməyə çağırır.

İraq xarici işlər nazirliyinin baş katibi Məhəmməd əl Hajı Həmud bu müraciəti bu gün İordaniyada qaçqınların problemlərinə həsr olunmuş konfransda çıxış edərkən səsləndirib.

BMT-nin ehtimallarına görə, son illərdə təqribən 750 min iraqlı qaçqın İordaniyada, 1.4 milyon isə Suriyada sığınacaq tapıb. Əmman qaçqınların ölkə büdcəsinə ildə bir milyard dollara başa gəldiyini deyir.

Digər xəbərlərə əsasən, yolkənarı bomba partlayışı Hilla və Divaniyə arasında patrul çəkən 5 İraq təhlükəsizlik xidməti əməkdaşının ölümünə səbəb olub.

Digər 5 nəfər Tikrit yaxınlığında reyd həyata keçirərkən həlak olublar. ABŞ hərbçiləri bildirir ki, koalisiya qüvvələri İraqda Əl Qaidəyə qarşı həyata keçirilən reydlərdə 36 terror şübhəlisini ələ keçiriblər.

XS
SM
MD
LG