Accessibility links

ABŞ prezidenti Amerika Qanunvericilik Mübadiləsi Şurasında çıxış edib


ABŞ Prezidenti Corc Buş Konqresi gələn ay tətilə çıxmazdan əvvəl müdafiə xərcələrinə dair qanun layihəsini təsdiq etməyə çağırıb. Cənab Buş bu haqda Amerika Qanunvericilik Mübadiləsi Şurasına açıqlama verib. Həmin təşkilat “nümunəvi qanun” hazırlayan konqresmenlərdən ibarətdir. Çıxışı zamanı prezident Konqresi süründürməçilikdə ittiham edib və müdafiə xərcləri haqda qanun layihəsi daxil olmaqla, 12 başqa sənədin ona təqdim edilməsinə çağırıb. İqtisadiyyata gəldikdə cənab Buş vergilərin ixtisarının vacibliyini vurğulayıb və bu addımın iqtisadiyyatı möhkəmləndirdiyini deyib. Təhsildən danışankər Corc Buş Konqresi “Arxada Uşaq Qalmasın” adlanan qanunun yenidən təsdiqinə səsləyib. Cənab Buş nitqinin sonunda terrorizmə qarşı mübarizədən bəhs edib.

XS
SM
MD
LG