Accessibility links

Türkiyənin keçmiş enerji naziri korrupsiyada təqsirli bilinib


Türkiyənin Ali Məhkəməsi keçmiş enerji naziri Cümhur Ərsumerin korrupsiya qalmaqalında roluna görə 20 ay şərti həbsə məhkum edilməsi barədə hökmü təsdiqləyib.

Bu gün məhkəmə Cümhur Ərsumeri özünün himayə etdiyi şirkətə dövlət sifarişləri almaqda etdiyi yardıma görə günahlı bilib. O, 20 ay həbsə məhkum edilib, lakin hökmün icrası təxirə salınıb.

Cənab Ərsumerin 18 digər ittiham üzrə təqsirsiz olduğu təsdiqlənib.

Ərsumerlə yanaşı onun 2001-ci ildə istefasından sonra enerji naziri olmuş Zeki Çakan da mühakimə olunub. Keçmiş nazirlərin ikisi də dövlət büdcəsinə böyük zərər vuran fırıldaqlarda ittiham olunurdular.

Məhkəmə Zəki Çakana bəraət verib.

Keçmiş baş nazir, mərhum Bülənd Ecevitin hökumətində nazir olmuş müttəhimlər günahsız olduqlarını bəyan ediblər.

XS
SM
MD
LG