Accessibility links

ABŞ Roma boru kəməri razılığını alqışlayır


Iyulun 26-da İtaliya paytaxtı Romada Türkiyə, Yunanıstan və İtaliya arasında qaz boru kəmərinin çəkilşinə dair razılıq imzalandı. Xəzər Dənizi qazının Türkiyə vasitəsilə Avropa bazarlarına çıxması bir çox ekspertlər tərəfindən son zamanlar Rusiyanın yürütdüyü aqressiv enerji nəqli siyasətinə cavab kimi qiymətləndirir. Belə ki, Türkiyə ərazisindən keçəcək xətt Rusiyanı adlayır və Avropanı Moskvanın proqnozlaşdırıla bilinməyəcək hərəkətlərindən sığorta etməkdə yardım göstərir.

Razılığın imzalanması ilə əlaqədar Amerikanın Səsinin Azərbaycan xidmətinə məlumat verən ABŞ Dövlət Departamentinin mətbuat təmsilçisi Chase Beamer Birləşmiş Ştatların bu sazişi dəstəklədiyini bildirib.

Bu razılıq Xəzər qazının boru kəmərlərinə ötürülməsi üçün ticarı və qanuni çərçıcə yaradır. Bu razılıq hər 3 ölkə arasında ümümu səyləri əks etdirir ki,buna da istər ABŞ istərsə də Avropa möhkəm dəstək verir, Belə ki, bu layihə Avropanın enerji mənbələrinin diversifikasiyasına yol açır və Xəzər regionunda iqtisadi inkişafa təıkan verir.

Cənab Beamer-in sözlərinə görə bu səylər həmçinin son 10 illik ərzində BŞ, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Cənubi Qafqaz boru kəməri və bakıTiflis Ceyhan neft boru kəməri layihəsindəki əməkdaşlığı gücləndirir, habelə bu prosesə əsas Avropa Birliyi üzvlərini cəlb edir.

Roma razılığına əsasən İran qazının Türkiyədən keçməsi perspektivlərinə reaksiya verən departamentin nümayəndəsi bir daha vurğuladı ki, onun hökuməti indiki zamanda İranla hər hansı iş birliyinə müsbət yanaşmır. Son illər ərzində nüvı proqramı inkişaf etdirən İranı təcrid etməyə çalışan Buş administrasiyası Tehranın bu növ beynəlxalq layihələrdə rol oynamasına ciddi şübhələrlə yanaşır. Türkmənistan qazının nəqlinə gəldikdə isə Vaşinqton ümid edir ki, nə vaxtsa Türkmən qazı Avropa bazarlarına çıxmaq imkanı əldə edəcək, hərçənd ki, bu perspektiv hələlik aydın deyil.

Gündəlik Avrasiya məcmuəsində məqalə ilə çıxış edən ekspert Vladimir Sokor İran və Türkmənistan qazının Türkiyə vasitəsilə Avropaya nəqlinə Amerikanın münasibətində müəyyən dilemma görür. Bir tərəfdən ABŞ uran zənginləsdirməsini dayandırmaqdan imtian edən İrana qarşı sanksiyalar tətbiq edərək Tehran rejimini təcrid etməyə çalışır. O biri tərəfdən isə Vladimir Putin hükumətinin yürütdüyü enerji siyasəti Qərbdə ciddi narahatlıq doğurur, Çünki Rusiyanın əksər enerji nəqliyyatı marşrutlarına nəzarət etməsi bu dövltlərin maraqlarına ciddi təhlükə törədir.

XS
SM
MD
LG