Accessibility links

Qırmızı məscid yaxınlığında partlayış


Pakistan rəsmiləri bildirir ki, İslamabaddakı Qırmızı Məscidin yaxınlığında baş verən partlayışda azı 13 adam həlak olub, onlarla adam yaralanıb.

Polis məscid kompleksi yaxınlığındakı mehmanxananın restoranında intiharçı hücumunun baş verdiyini ehtimal edir.

Ölənlər arasında polis də var.

Bundan əvvəl məscid mədrəsəsinin keçmiş tələbələri polisə daş atıblar. Rəsmilər gözyaşardıcı qazla cavab veriblər.

Qəzəbli müsəlmanlar cümə xütbələrini aparmaq üçün hökumət tərəfoindən təyin olunan mollanı məsciddən qovublar. Onlar binanın divarına qırmızı rəng tökərək minarələrdən qara bayraq çıxarıblar.

Daxili işlər naziri Aftab Şerpao bəyan edib ki, hökumət nümayişçilərin qanunu öz əllərinə almasına imkan verməyəcək.

Bu ayın əvvəlində baş verən qanlı qarşıdurmadan sonra məscid bu gün yenidən fəaliyyətə başlayıb.

XS
SM
MD
LG