Accessibility links

Britaniya Rusiya diplomatlarını ölkədən çıxardı


Rusiyanın sabiq casusunun qətli ilə bağlı 4 Rusiya diplomatı Britaniyadan xaric edilib. Rusiyanın Londondakı səfirliyinin sözçüsü onların ölkəni tərk etdiyini təsdiq etsə də, bunun nə zaman baş verdiyi barədə açıqlama verməyib. Xatrırladaq ki, Britaniya hökuməti cari ayın əvvəllərində Moskvanın keçmiş DTK agenti Andrey Luqavoyu təhvil verməkdən imtina etməsinə cavab olaraq, rus diplomatlarının ölkədən çıxarılcağı barədə xəbərdarlıq vermişdi. Luqavoy digər bir keçmiş agent Aleksandr Litvinenkonun qətlində ittiham edilir.

XS
SM
MD
LG