Accessibility links

ABŞ Konqresində İraq siyasəti ilə bağlı debatlar davam edir


ABŞ Konqresində İraq siyasəti ilə bağlı debatlar daha da qızışıb. Belə ki, hərbi əməliyyatlara görə vəzifələrindən azad edilən generallarla bəzi senatorlar arasındakı fikir ayrılıqları üzə çıxmaqdadır. Senatla Bağdad arasındakı artıq bir neçə aydır ki, əlaqə tamamilə kəsilib. Son zamanlar Konqresin iclasları ABŞ qüvvələrinin İraqdan çıxarılması çağırışları, İraqdakı komandirlərin isə Amerika prezidentinin strategiyasının həyata tətbiqi üçün əlavə vaxt tələbi ilə keçirilir. Respublikaçı senatorların əksəriyyəti hazırkı strategiyanın işləmədiyini və yeni bir strateji plana ehtiyac olduğunu bildirir. Bu, İraqdakı nailiyyətlər haqda sentyabr ayında ABŞ-ın İraqdakı səfiri və Amerika qüvvələrinin komandiri tərəfindən veriləcək hesabatları gözləmək istəməyən senatorlardır. Konqres üzvləri hazırda əsasən İraqda verilən itkini diqqət mərkəzinə çəkib. Belə ki, İraqda hər ay öldürülən əsgərlərin sayı orta hesabla 100 nəfər təşkil edir. Amerika generallarının bu qərəmi azaltmaqla yeni təhlükəslzik planının işlədiyini göstərmək səylərinə konqres tərəfindən tənqidlər belə mane ola bilmir. Bəzi respublikaçı senatorların prezidentin planının əleyhinə olması demokratların ABŞ qüvvələrinin İraqdan çıxarılması tələbinin səsə qoyulmasına da yardım etmir. Onların bəziləri sentyabr ayında açıqlanacaq hesabatların bu yeni strategiyanın davam etdirilməsinə xidmət edəcəyini düşünür. Hesabatlara olan reaksiyalar isə Bağdadla Vaşiqnton arasında əlaqərlərin nə dərəcədə inkişafda olduğunu göstərəcək.

XS
SM
MD
LG