Accessibility links

Dik Çeyninin üzərində cərrahiyyə əməliyyatı keçirilib


ABŞ vitse prezidenti Dik Çeyni ürəyində müşahidə aparatının batareyasının dəyişdirilməsi məqsədilə keçirdiyi cərrahiyə əməliyyatından sonra xəstəxanadan çıxıb.

Cənab Çeyninin çoxdan bəri ürəyində problemlər var. O, sonuncusu 2000-ci ildə olmaqla dörd dəfə ürək infarktı keçirib. 2001-ci ildə onun döş qəfəsinə daxili defibrilyator implantasiya olunub. Bu qurğu onun ürək döyüntüsünə nəzarət edir və pozuntu olanda ürək əzələlərinə elektrik şoklar verir.

Çeyninin keçən ay fiziki müayinəsi zamanı həkimlər defibrilyatorun cərəyan mənbəyinin zəiflədiyini görmüş və batareyanı dəyişmək haqda qərar qəbul etmişlər.

Çeyninin ofisindən bildiriblər ki, qurğu normal rejimdə fəaliyət göstərir və hələ ki, ürək döyüntyüsünə müdaxiləsinə ehtiyac olmayıb.

XS
SM
MD
LG