Accessibility links

Cənubi Koreya nümayəndəsi Əfqanıstan prezidenti ilə görüşür


Cənubi Koreyanın nüamyəndəsi Baek Jong Çun bu gün Kabildə əfqan prezidenti Həmid Karzayla görüşür. Müzakirələr Taliban tərəfindən girov götürülən 22 Cənubi Koreyalı girovun azad edilməsinə həsr ediləcək. Qeyd edək ki, girovdarların müzakirələr üçün qoyduğu vaxt dünən başa çatıb. Taleban nümayəndəsi girovların hələ sağ olduğunu bildirir. Associated Pressin məlumatında isə onların bəzisinin vəziyyətinin ağır olduğu deyilib. Taliban yaraqlıları Cənubi Koreyadan pul və Əfqanıstan həbsxanalarında saxlanılan bəzi üzvlərinin aadlığa buraxılmasını tələb edirlər.

XS
SM
MD
LG