Accessibility links

Ayətulla Əli Xameneyi ABŞ və İsraili İranın düşmənləri adlandırır


İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi ABŞ və İsraili İranın əsas düşmənləri adlandırıb. Televiziya ilə nümayiş etdirilən çıxışı zamanı Ayətulla deyib ki, dünyada Amerikaya qarşı nifrət artmaqdadır. Əli Xameneyinin çıxışı Amerikanın İraqın təhlükəsizliyi ilə bağlı İranın yüksək səviyyəli danışıqlar təklifini rədd etməsindən üç gün sonraya və şiə müsəlmanların birinci imamı-İmam Əlinin ad gününə təsadüf edir. Bu arada İran mətbuatı Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin gələn ay İrana səfər edəcəyini bildirir. Nümayəndə heyəti avqust ayının 6-da İranda olmalı, texniki məsələlər və qaydaları müzakirə etməlidir.

XS
SM
MD
LG