Accessibility links

ASEAN dövlətləri birliyi gücləndirir


Cənubi Asiya Millətləri Assosiasiyasına üzv ölkələrin xarici işlər nazirləri Avropa Birliyinə oxşar qurumun yaradılmasına yol açacaq nizamnamə layihəsi üzərində işləyirlər. Onlar Filippin paytaxtı Manilada Bazar Ertəsinə nəzərdə tutulmuş rəsmi açılışdan öncə qeyri-formal danışıqlar aparırlar. Nazirlər insan hüquqları komissiyası haqda təklif layihəsini, səsvermə proseduru və nizamnaməni pozan dövlətələrə qarşı sanksiyaları müzakirə edirlər. Birma insan hüquqları komissiyasının əleyhinə çıxır. O, iddia edir ki, bu növ komissiya ASEAN-ın ənənəvi siyasəti olan başqa dövlətlərin daxili işlərinə qarışmamaq haqda prinsipinə ziddir. Müəyyən düzəlişlərdən sonra nizamnamənin Noyabrda keçiriləcək liderlər sammiti zamanı imzalanacağı və 2008-ci ilin sonunadək ratifikasiya olunacağı gözlənilir.
XS
SM
MD
LG