Accessibility links

İran ABŞ-ın silah satışını tənqid edir


İran Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı və başqa Ərəb dövlətlərinə irihəcmli silah satışını pisləyərək Vaşinqtonu regionda qorxu yaymaqda ittiham edib. İran xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Əli Hüsseyni bu gün müxbirlərə bildirib ki, ABŞ silah ixrac etməkdən ötru regiondakı ölkələri üz-üzə qoyur. Amerika və İsrail xəbər agentlikləri bildirir ki, ABŞ İrandan doğan təhlükənin qarşısını almaq üçün Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələrinə 20 milyard dollar həcmində yüksək texnoloji silahlar satmaq məramındadır. Dövlət Katibi Kondoliza Rays və Müdafiə Naziri Robert Geyts bu gün İraqda sabitliyi müakirə etmək üçün Yaxın Şərqə yola düşürlər. Kabinet rəsmiləri birlikdə Ciddəyə, daha sonra isə Misrin Şarm əl Şeyx şəhərinə səfər edərək ali rəsmilərlə görüşəcəklər.
XS
SM
MD
LG