Accessibility links

Fələstin prezidenti Rusiyadadır


Rusiya Fələstin prezidenti Mahmus Abbasa dəstək verdiyini bir daha nümayiş etdirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Mahmud Abbasla görüşündən sonra Rusiyanın onu bütün fələstinlilərin lideri kimi dəstəklədiyini deyib. Qeyd edək ki, Fələstin prezidenti Mahmus Abbas Rusiyaya Yaxın Şərq sülh prosesinin müzakirəsi və Fəth hərəkatına dəstək əldə edilməsi məqsədi ilə səfər edib. Fəlsətin liderinin 3 günlük səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə də görüşü gözlənilir.

XS
SM
MD
LG