Accessibility links

ABŞ-ın yüksək səviyyəli rəsmiləri ərəb müttəfiqləri ilə görüşür


ABŞ dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Geyts nadir missiya ilə Amerikanın ərəb müttəfiqləri ilə Misrin Şərm Əl Şeyx şəhərində təhlükəsizlik danışıqları keçirib. Buş administrasiyası İraqda vəziyyətin stabilləşdirilməsində ərəblərin dəstəyini əldə etməyə çalışır. Onlar İraq hökumətinə daha çox siyasi və iqtisadi dəstək verməsini xahiş etmiş və İraqdakı sünni yaraqlılara köməyi dayandırmağa çağırmışlar.

Regiona ayrı-ayrı səfər edən Rays və Geyts bu gün Qırmızı dəniz kurortunda görüşüblər. Görüşdə Misir, İordaniya və altı üzvlü Körfəz Əməkdaşlıq Şurası iştirak edir. Müzkairələr ABŞ-ın regiondakı öhdəliklrənin gələcəyinə həsr edilib.

Kondoliza Rays və Robert Geytslə görüşən Ərəb ölkələrinin xarixi işlər nazirləri İsrail-Fələstin münaqişəsinin iki dövlət üsulu ilə həllinin sürətləndirilməli olduğunu deyiblər.

XS
SM
MD
LG