Accessibility links

Əfqanıstanla sərhəddə 12 yaraqlı qətlə yetirilib


Pakistan ordu rəsmilərinin bildirdiyinə görə, ölkənin Əfqanıstanla sərhəd şimal-şərq bölgəsində hərbi qüvvələrin keşik məntəqəsinə hücundan sonra, hökumətin hərbi qüvvələri vertolyotların köməyi ilə azı 12 yaraqlını qətlə yetirmişlər. General-mayor Vahid Ərşad Şimali Vəziristanda hərbi patrula 40-a yaxın yaraqlının hücum etdiyini bildirib.

Bu gün eləcə də, Cənubi Vəziristan bölgəsində yol kənarına yerləşdirilmiş bomba partlayışı 6 nəfər yarı-hərbi əsgərin yaralanmasına səbəb olub. Təhlükəsizlik rəsmiləri əsgərlərdən ikisinin ağır, qalan dördünün isə yüngül yaralandığını bildirirlər.

XS
SM
MD
LG