Accessibility links

İrana qarşı yeni ölçülərə əl atılır


ABŞ-ın Nümayəndələr Palatası İranın uranın zənginləşdirilməsi proqramına qarşı iqtisadi xərclərinin artırılması üçün qanuni addımlar atılmasına çalışır. Konqres son zamanlar İrana təzyiqlərinia artırmışdır. Bunun məqsədi İrana sərmayə qoyuluşları və ixracının məhdudlaşdırılaması ilə uran zənginləşdirilməsi səylərinə mane olunmasıdır. İran hökumətinin bu cəhdlərinin dinc mahiyyətli olduğunu deməsinə baxmayaraq, Amerika Birləşmiş Ştatları və onun müttəqifləri İranın nüvə sillahları əldə etməyə çalışdığını bildirir. Dünən Nümayəndələr Palatası iki qanun təklif edib. Bunlara maliyyə xidmətləri komitəsinin İrana investisiya qoyuluşa qarşı ölçülər götürməsi də daxildir. İrana qarşı sanksiyalar paketinə əsasən ABŞ-ın maliyyə nazirliyi Amerika daxilində və xaricində İranın enerji sektoruna 20 milyon dollardan artıq sərmayə qoyan şirkətlər və fərdlərin siyahısını hazırlamalıdır. Qanunvericilər yerli və ştat hökumətlər, habelə təhsil ocaqlarına İranın enerji infranstrukturunda investisiya hüquqlarından məhrum etmə səlahiyyət verilməli olduğunu deyirlər. Onlar həmçinin ABŞ hökumətinin federal işçilərinin pensiya fondlarından “terrordan azad” investisiya sahələrində istifadə edilməsinə çağırır. Nümayəndələr Palatasının qanunvericiləri İrana qarşı mövcud sanksiyaların müddətinin uzadılmasına və hansı şirkətlərin sanksiyalara tabe tutula biləcəyinə aydınlıq gətirilməsinə səsləyiblər. Bunlara maliyyə təsisatları, sığorta və qarant, xarici subsidiya, icrac-kredit şirkətləri daxil, neft mənbələri kateqoriyasına təbii mey qaz və neftdən alınan məhsullar əlavə ediləcək. Nümayəndələr Palatasının ölçülərinə İrandan icrac eilən bütün məhsullara qadağa qoyuluşu, beynəxlaq nüvə yanacağı təmanatı bankının təsis edilməsi də daxildir. Qanunvericilər İrana yardım edən ölkələrlə nüvə sahəsində əməkdaşlığın qadağan edilməsi və İranın İnqilab Qvardiyasının terrorçu qruplar siyahısına salınmasını istəyirlər.

XS
SM
MD
LG