Accessibility links

İranda cinayətkarlar ictimaiyyətin gözü qarşısında asılıb


İranda zorlama, adam oğurlama və oğurluqda ittiham edilmiş yeddi cinayətkar ictimiayyətin gözü qarşısında asılıb. İran mətbuatının verdiyi məlumata görə, edamlar Məşhəd şəhərində iki ayrı-ayrı yerdə keçirilib. Hökumətin cinayətkarlığa qarşı kampaniyasının bir hissəsi olan bu edamlar son 10 gün ərzində ictimaiyyətin gözü qarşısında ikinci dəfədir edilir. İran habelə iki kürd jurnalisitin ölüm cəzasına məhkum edildiyini təsdiq edib.
XS
SM
MD
LG